Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 22:41
Azərbaycan - Belarus matçında ikinci qol vurulub.
Belarus millisinin futbolçusu Nikita Demçenko 78-ci dəqiqədə fərqlənərək hesabı 2:0 edib.
***
***
Azərbaycan - Belarus matçında hesab açılıb.
59-cu dəqiqədə Belarus millisinin futbolçusu Pavel Zabelin hesabı açaraq komandasını önə keçirib.
***
Azərbaycan - Belarus matçında ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir. (Report)
***
Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirir.
Musavat.com QOL.az-a istinadla xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gəlir.
Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşüdür. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.
Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq.
Yoxlama oyunu
25 mart
21:45. Azərbaycan - Belarus - 0:0 (Birinci hissə)
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ