İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya telekanalının jurnalisti Belqorodda öldürüldü - FOTO

Rusiyanın "Birinci Kanal"ının Belqorod vilayətindəki müxbiri Anna Prokofyeva həlak olub, operator Dmitri Volkov isə yaralanıb.

Musavat.com xəbər verir ki, məlumatı telekanal yayıb.

Bildirilir ki, "Birinci Kanal"ın hərbi müxbiri Anna Prokofyeva peşə borcunu yerinə yetirərkən həlak olub. Hadisə Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində, "Birinci Kanal"ın çəkiliş qrupunun minaya düşməsi nəticəsində baş verib.

Telekanalın məlumatına görə, Annanın 35 yaşı var idi, o, RUDN Universitetinin jurnalistika fakültəsini bitirib, ispan dilini mükəmməl bilirdi. "Russia Today" agentliyinin İspaniya redaksiyasında işləyib. 2023-cü ildən "Birinci Kanal"da işləyirdi, müharibə zonasından reportaj hazırlayan müharibə müxbiri idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR