Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin tezliklə vəzifəsini tərk edəcək.
Musavat.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, onun geri çağırılması ilə bağlı qərar təxminən 10-15 gün əvvəl verilib, lakin diplomat postunu bir ay sonra tərk edəcək. Eyni zamanda, Kvinin ABŞ-da məhkəmə qarşısına çıxacağı da iddia olunur. Qəzet yazır ki, ona qarşı irəli sürülən suallar onun Ermənistana gəlməzdən əvvəl ABŞ-ın Ukraynadakı işlər üzrə müvəqqəti vəkili olması ilə bağlıdır.
Mənbələr bildirir ki, Kvinin yerinə neytral mövqe tutan bir diplomat təyin ediləcək.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ