İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Belarusa məğlub oldu - VİDEO

İlk yayın vaxtı 22:41

Azərbaycan - Belarus matçında ikinci qol vurulub.

Belarus millisinin futbolçusu Nikita Demçenko 78-ci dəqiqədə fərqlənərək hesabı 2:0 edib.

 

***

***

Azərbaycan - Belarus matçında hesab açılıb.

59-cu dəqiqədə Belarus millisinin futbolçusu Pavel Zabelin hesabı açaraq komandasını önə keçirib. 

 

***

Azərbaycan - Belarus matçında ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.  (Report)

***

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirir. 

Musavat.com QOL.az-a istinadla xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gəlir. 

Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşüdür. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub. 

Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb. 

Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq. 

Yoxlama oyunu

25 mart

21:45. Azərbaycan - Belarus - 0:0 (Birinci hissə)

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR