İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Ukrayna ilə CPC-nin təhlükəsizliyi barədə danışıqlar aparır

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin təhlükəsizliyinin təmin edilməsi məsələsində Ukrayna ilə əlaqədədir, tərəflər müvafiq danışıqlar aparırlar.

Bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov bu gün jurnalistlərə açıqlamasında bildirib.

"Biz Ukrayna tərəfi ilə əlaqədəyik, bu məsələ (CPC-nin təhlükəsizliyi) ilə bağlı danışıqlar gedir", - A.Kuantırov qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-nə keçən gecə Ukrayna ordusu CPC-nin Krasnodar diyarındakı "Kropotkinskaya" neft nasos stansiyasına hücum etməyə cəhd göstərib, pilotsuz uçuş aparatı obyektdən yeddi kilometr məsafədə vurulub.“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR