İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İmamoğlunun yerinə BU ŞƏXS gətirilir, məşhur gənc TUTULDU, Ərdoğandan REAKSİYA...

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İBB Başqan Vəkili üçün göstərəcəyi namizəd müəyyənləşib.


Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir. Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, kulis məlumatlarına görə, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.

2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində Ekrem İmamoğluna söylədiyi “Ekrem ağabey, her şey çok güzel olacak” ifadəsi ilə bütün ölkənin yaddaşında iz buraxan və kampaniyanın simvoluna çevrilən Berkay Gezgin həbs edilib.

22 yaşlı universitet tələbəsi olan Berkay Gezgin, Saraçhanədə keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və daha sonra çıxarıldığı məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndərilib.

"Qardaşı qardaşa qırdıqmaq üçün çox hiyləgər oyunlar oynayırlar". Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Sərgi Salonunda universitet tələbələri önündə çıxışı zamanı deyib.

"Onlar təkcə gənclərimizin deyil, millətimizin də gələcəyini qaraltdılar. Sırf öz maraqlarını qorumaq, pullarını, siyasi var-dövlətlərini artırmaq naminə bu ölkənin gənclərini dəyişiklik kimi xərcləməkdən çəkinmədilər" - Ərdoğan bildirib. R.T.Ərdoğan çıxışı zamanı təxribatlara boyun əyməyəcəyini vurğulayıb.

TVMusavat-ın bu gün saat 12:20-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Azad İsazadə ilə Ər-Riyad danışıqlarını və Türkiyəni müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR