İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın baş bankiri: Trampın qərarlarına hazır olmalıyıq

Avropa hakimiyyət orqanları ABŞ-dan idxal olunan rüsumların artırılmasına hazır olmalıdır. Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard çıxış edib. O, Davosda CNBC-yə bildirib ki, Trampın ümumi idxala əlavə tariflər tətbiq edən sərəncamı imzalamaması "çox ağıllı bir yanaşma idi, çünki total tariflər heç də həmişə istənilən nəticəni əldə etməyə gətirib çıxarmır".

Onun fikrincə, Amerikanın yeni tarifləri daha “seçimli və fokuslanmış olacaq”: "Avropada buna cavab vermək üçün nə baş verəcəyini əvvəlcədən hazırlamalı və gözləməliyik".

Eyni zamanda ECB rəhbəri qeyd edib ki, tənzimləyici inflyasiya üçün xarici risklərdən “çox narahat deyil”.

Jurnalistlərin ABŞ-da yeni inflyasiya dalğasının mümkün nəticələri ilə bağlı sualına cavab olaraq Laqard deyib ki, “ABŞ-da inflyasiyanın sürətlənməsi ABŞ üçün problem olacaq və əsas təsir məhz burada hiss olunacaq": “Biz bunu maraqla izləyəcəyik. Xüsusilə bunun valyuta məzənnələrinə necə təsir edəcəyi ilə maraqlanacağıq. Bunun nəticələri olacaq, amma əlbəttə ki, biz ABŞ iqtisadiyyatının böyüməsində maraqlıyıq, çünki ABŞ-da artım həmişə dünyanın qalan hissəsi üçün müsbət amil olub”.

ECB faiz dərəcələrini mərhələli şəkildə azaltmağa davam etmək niyyətindədir, deyən Laqard, azalmanın tempinin və vaxtının daxil olan statistik məlumatlardan asılı olacağını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR