Onlayn ictimai-siyasi qəzet
Avstriyada keçirilən “Qarabağ” - “Ferentsvaroş” yoxlama matçından əvvəl hər iki komandanın baş məqşçisinin görüşü olub.
Oyundan öncə baş məşqçilər Qurban Qurbanovla Stanislav Çerçesov ayaqüstü söhbət ediblər.
Bu komandalar hazırda Avstriyada təlim-məşq toplanışındadırlar.
Bu məşqçilər bir-biriləri ilə tanışdılar. Ötən ilin yayında Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Çerçesovun çalışdırdığı “Ferentsvaroş”la qarşılaşıb.
İki oyunun nəticəsinə əsasən, “Qarabağ” macar klubunu mübarizədən kənarlaşdırıb (1:1, 3:1). (Sportinfo.az)
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ