İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Fransaya 300 milyon avro verdi – Ukraynaya silah tədarük edəcək

İlin sonuna kimi Avropa İttifaqı Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Fransaya 300 milyon avro ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, ümumilikdə, “dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən təxminən 1,4 milyard avro” Ukraynaya silah alınması üçün Aİ-yə ayrılacaq.

Qeyd edək ki, Aİ, Kanada, ABŞ və Yaponiya Ukraynadakı işğalçı müharibə başlandıqdan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. “Yeddilik” ölkələrinin liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə bloklanmış Rusiya fondlarından əldə olunan gəlirlərdən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər. İyulun 26-da Avropa Komissiyası Aİ Ukrayna üçün Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən 1,5 milyard avro məbləğində birinci tranşın ona köçürüldüyünü açıqlayıb. Bu pulun 90 faizi Aİ ölkələrinə Kiyevə silah tədarükünə görə kompensasiya ödəməyə gedəcək. Növbəti tranş 2025-ci ilin martında gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR