İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün Türkiyə bu qadından danışır - İlin 6 ayını... - FOTO

Neslihan Müfreze gəmidə dinamik mövqeləşdirmə zabiti kimi xidmət edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilin 6 ayını dənizdə keçirən Neslihan bu işi görən ilk türk qadınıdır. İşin böyük risklər daşıdığını və bu səbəbdən ən kiçik səhvə belə yer olmadığını deyən Neslihan seçdiyi yolun çətinliyindən bəhs edib.

O, hazırda Norveçdə yerləşən layihədə işləyir və bu layihədə iştirakın həm şəxsi, həm də peşəkar baxımdan böyük inkişaf fürsəti verdiyini bildirir.

Ailəsinin və yaxın çevrəsinin əvvəlcə bu peşəni seçməsindən narahat olduğunu deyən Neslihan, "Anam xüsusilə ofis işində işləməyimə üstünlük verirdi və hələ də zaman-zaman "İstefa etməyi düşünürsənmi" deyə soruşur?. Deyirlər ki, kaş ki, bizə yaxın olasan. Təsəvvür etdiyiniz kimi, heç bir valideyn qızının uzaqda olmasını istəməz, xüsusən də gəmidə. Dünyanın o tayında işləməyim bu vəziyyəti daha da çətinləşdirir. Buna baxmayaraq, onlar mənim dənizə olan həvəsimi və işimə olan sevgimi bildikləri üçün həmişə mənə dəstək olublar və nailiyyətlərimlə fəxr edirlər" sözlərini deyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR