İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda silsilə qətllər: bir neçə saatda 7 nəfər öldürülüb - TƏFƏRRÜAT

İstanbulda bir gün əvvəl baş verən dəhşətli qətllər şəhərdə böyük şok yaradıb. Üç saat ərzində bir-birinin ardınca həyata keçirilən silsilə qətllərdə 7 nəfər ölüb.

Musavat.com yenisafak.com-a istinadən xəbər verir ki, qətllərin narkotika aludəçisi Bəxtiyar Aladağ tərəfindən törədildiyi ehtimal edilir.

Qətllərdən birincisi Bəxtiyar Aladağın Büyükçekmece gölü yaxınlığında gəzinti zamanı həyat yoldaşı Sevim Aladağ, 10 yaşlı oğlu Arsal Aladağ və qayınanası Türkan Soylunu başından güllələyərək öldürməsi ilə başlayıb. Məlum olub ki, saat 15.00-15.30 arasında törədilən bu qətllərdən sonra Aladağ valideynlərini qətlə yetirib.

Saat 16.00-16.30 arasında Büyükçekmece bölgəsində B.Aladağ anası Necmiye (55 yaş) və atası Muhammet Aladağ (65 yaş) başından atəş açaraq öldürüb. O, həmin vaxt evdə olan 30 yaşlı bacısı Buket Aladağa da ağır xəsarət yetirib.

Bəxtiyar Aladağ daha sonra Avcılar rayonunda baldızının işlədiyi bərbərxanaya gedib. Orada bərbər Mehmet Salih Özsökükə başından atəş açıb, qaynı Gökhan Soylunu ağır yaralayıb.

Bəxtiyar Aladağın qətl zənciri Esenyurta qədər uzanıb. Saat 18.00 radələrində əmisi Şadan Serdar Bükenin oğlunu Esenyurtda öldürüb. Yarım saat sonra o, başına atəş açaraq intihar edib. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Buketi xilas etmək mümkün olmayıb.

Polis Aladağın narkotik aludəçiliyinin və zorakılıq cinayətlərinin keçmişinin olduğunu bildirib. Hadisədən sonra aparılan araşdırmalar Aladağın psixi pozğunluq keçirib-keçməməsinə yönəldilib. Psixiatrlar bu davranışın psixozdan qaynaqlana biləcəyini deyirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR