İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi “Asiya NATO”sunu təşviq edir

“Rusiya-Ukrayna müharibəsi “Asiya NATO”sunu təşviq edir”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Asiyada NATO-ya bənzər hərbi blokun yaradılması yeni ideya deyil:

“Şimali Koreya qoşunları Rusiyanın daxilində Ukraynaya qarşı döyüşlərdə iştirak edirlər. Bu vəziyyətdən narahat olan Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə Şimali Koreya hərbçilərindən istifadəsinə Pekinin münasibətini müəyyənləşdirməyə çalışırlar. Bir qisim eskeprtin fikrincə, Pekin mövcud vəziyyətdən narahatdır və Çin hakimiyyəti Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı döyüşlərdə iştirak etməsini istəmir, ancaq bu barədə mövqeyini Kremlin diqqətinə çatdırmaqdan ehtiyat edir. Digər qisim ekspertin fikrincə, Rusiyanın Şimali Koreyadan istifadə etməsi Pekini əsla narahat etmir, əksinə, mövcud vəziyyətin Qərbə problem yaratmasından məmnundur.

Yaponiya Xarici İşlər Nazirliyinin Çinin Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini dəstəklədiyinə dair şübhələri var. Yaponiya rəsmiləri deyirlər ki, Çin bu məsələ ilə bağlı böyük ölçüdə susub. Tokio ona görə bu mövqedədir ki, Çin özü də Sakit okeanda hərb gücünü atırmağa çalışır. Amerikalı diplomatlar bir qədər fərqli fikirdədirlər. ABŞ dövlət katibinin müavini Kurt Kempbell Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edərkən Çinin Rusiya-Şimali Koreya hərbi ittifaqından olduğunu bildirib.

“Biz çinli həmkarlarımızı Şimali Koreya hərbçilərinin Rusiyada yerləşməsi barədə fikir mübadiləsi aparırıq” deyən amerikalı diplomat Pekinin müharibənin qolbal miqyas almasında maraqlı olmadığını vurğulayıb. Buna baxmayaraq, dövlət katibinin müavini Pekinin Kremlin siyasətini tənqid etmədiyini sözlərinə əlavə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin Şərqi Asiya və Sakit Okean üzrə keçmiş direktor köməkçisi Dennis Vilder Pekinin səssizliyinə diqqət çəkib: “Çin mətbuatında Rusiya ilə Şimali Koreya arasında imzalanan strateji razılaşma barədə bir kəlmə də yoxdur. Bizim üçün maraqlıdır ki, Pekin Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna cəbhəsində savaşında iştirakına necə münasibət bəsləyir? Məsələ burasındadır ki, Rusiya Şimali Koreyaya nüvə yardımını gücləndirsə, bu, bölgədə gərginliyi daha da artıracaq və Avropa Şərqi Asiyada müxtəlif dövlətlər ittifaqlarını gücləndirəcək. Bu, bəlkə də Asiyada NATO-ya bənzər hərbi blokun yaradılmasına gətirib çıxaracaq”.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo da eyni fikirdədir. O Halifax təhlükəsizlik forumunda çıxışı zamanı Rusiya, Çin və Şimali Koreya arasında ittifaqa qarşı yeni blokun yaradılacağını istisna etmədiyini deyib: “Şimali Koreya Rusiyanın artilleriya və raket ehtiyaclarını ödəyir, bunun müqabilində Kreml Şimali Koreyanı modern nüvə və sualtı texnologiyalarıyla təmin edəcək”.

Asiyada NATO-ya bənzər hərbi blokun yaradılması yeni ideya deyil. Vaşinqton bu günə qədər bu ideyaya açıq dəstək verməsə də, bölgədə Rusiya-Çin-Şimali Koreya hərbi ittifaqı formalaşdıqca, bölgə ölkələri ABŞ-la birgə alternativ ittifaqın güclənməsini təşviq edə bilərlər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR