Onlayn ictimai-siyasi qəzet
Sağlam qidalanma üzrə rusiyalı nütəxəssis Aleksey Kabanov xərçəngə səbəb olan qidaların adını çəkib.
O, spirtli içkilərin həddindən artıq istehlak zamanə ağız boşluğu, yemək borusu və qaraciyər xərçənginə səbəb olduğunu deyib.
Mütəxəssis bildirib ki, ədviyyatlar ağızda və burunda şişkinliyə səbəb ola bilər, lakin normada olduqda zərərli deyil. Qida rasionunda qırmızı ətin üstünlük təşkil etməsi isə düz bağırsağın xəstəlikləri ilə bağlıdır.
O qeyd edib ki, düzgün olmayan qidalanma mədə-bağırsaq xərçənginin müxtəlif növlərinin, eləcə də süd vəzisi və prostat xərçənginin inkişafına səbəb ola bilər. Həkim, sağlamlığa ən çox zərərin spirt, ədviyyatlı yeməklər, duzlu balıq və qırmızı ət olduğunu vurğulayıb.
Kabanov həddən artıq isti yemək və içkilərin yemək borusunu zədələyə biləcəyi üçün təhlükələr barədə xəbərdarlıq edib.
Bundan əlavə, o, məhsulların üzərindəki kif görünüşünü diqqətlə izləməyi məsləhət görüb. Çünki bu aflatoksinləri - qaraciyər xərçənginin inkişafına təkan verə bilən zəhərli birləşmələri ehtiva edə bilər./BAKU.WS
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ