İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi: "İran rejimi etirazçıları sistematik şəkildə repressiya edir"

Cozef Borrel Avropa Birliyinin İran hökumətinə və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməkdə qərarlı olduğunu açıqlayıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, İran xalqlarının ümumölkə qiyamının ikinci ayına girdiyi bir vaxtda Avropa Birliyinin xarici siyasət rəhbəri Cozef Borrel tezliklə Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.

O, oktyabrın 19-da "Əl-Ərəbiyyə" xəbər ajansına verdiyi açıqlamada Tehran rejiminin etirazçılara qarşı sistemli repressiyalar həyata keçirdiyini söyləyib.

Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı Məhsa Əmininin öldürülməsi və ümumölkə etirazlarının yatırılmasına görə İranın 15 şəxs və qurumuna sanksiya tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR