İnsanlara hürriyət, millətlərə istiqlal!

Atlantidaya dönən Xerson - SES-in bəndi dağıldı, qorxunc mənzərə yarandı - ŞƏKİLLƏR

Kaxovka SES-in bəndinin dağılmasından sonra 5 nəfər ölüb, daha 41 nəfər xəstəxanaya yerləşdirilib.

Ukraynanın Xerson vilayətində yerləşən Kaxovkada SES-in bəndinin dağılmasından sonra daşqın nəticəsində itkin düşmüş hesab edilən yeddi nəfərdən beşi ölüb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə Nova Kaxovka administrasiyasının rəhbəri Vladimir Leontiev bildirib.

Rayonu su basan zaman ölənlər otlaqda məşğul olublar. İki nəfər xilas edilib.

Bundan əlavə, SES-in dağılması nəticəsində 41 yerli sakin xəstəxanaya yerləşdirilib. 

Xatırladaq ki, iyunun 6-na keçən gecə Xerson vilayətindəki Kaxovka su elektrik stansiyasının bəndi dağılıb. Nəticədə Kaxovka su anbarından axan su kütləsi böyük bir ərazini basıb. İndi o ərazidə mifik sualtı şəhəri Atlantidanı xatırladan mənzərələr yaranıb.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR