İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutyunyan: Proses Ermənistanın KTMT-dən çıxması ilə məhdudlaşmayacaq

Ermənistan hakimiyyəti KTMT-ni rədd etməklə, istər-istəməz Rusiya ilə hərbi-siyasi və hərbi-texniki əməkdaşlığı rədd edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan danışıb.

Onun sözlərinə görə, proses təkcə KTMT-dən çıxmaqla dayanmayacaq, bunun ardınca Avrasiya İqtisadi İttifaqından uzaqlaşacaq.

Arutyunyanın sözlərinə görə, Aİ üzvlüyü Ermənistana xarici ticarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verib. “Heç kimə sirr deyil ki, Ermənistanın Aİ üçün iqtisadi əhəmiyyəti olmayıb. Bu üzvlük ilk növbədə bizə (ermənilərə-red.) lazım idi”, - deyə Arutyunyan bildirib.

“Bu gün biz Rusiya ilə təkcə təhlükəsizlik sistemi məsələlərində deyil, həm də iqtisadiyyat və enerji baxımından bağlıyıq. Ermənistandan ixracatının 45%-i Rusiyanın payına düşür, mən hələ qaz tədarükü və ya nüvə enerjisi sektorunu demirəm. Avropa öz bazarını bizə açacaqmı? Xeyr, çünki çox güman ki, bizim məhsullar Avropa standartlarına cavab vermir”, -deyə keçmiş baş nazir söyləyib.

Arutyunyanın fikrincə, nəticədə Ermənistanda bir sıra müəssisələr sadəcə olaraq fəaliyyətini dayandıracaq, əhalinin gəlirləri azalacaq, işsizliyin miqyası artacaq. "Paşinyanın hazırkı hərəkətlərinin nəyə gətirib çıxara biləcəyi barədə heç bir fikri varmı?" – deyə Arutyunyan yerli hökumətə sual da ünvanlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR