Onlayn ictimai-siyasi qəzet
Məşhur ingiltərəli yazıçı, detektiv janrının kraliçası adlandırılan Aqata Kristinin əsərləri Rusiyada nəşr edilməyəcək.
Musavat.com bildirir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib. Kitab sərgisi ilə bağlı hazırda Londonda səfərdə olan nəşriyyat direktoru məsələyə bu cür aydınlıq gətirib:
"Aqata Kristi fondu ilə görüşdə bildirildi ki, Aqata Kristinin əsərlərinin Rusiyada satışı dayandırılıb. Artıq dünyada ən çox satılan detektiv ustasının əsərləri rus dilinə çevrilməyəcək. Bu qərar Rusiyanın Ukraynaya qarşı aqresiyasına etiraz olaraq qəbul edilib. İstəmirlər ki, kitab satışından Rusiya gəlir götürsün".
Xalidə Gəray
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ