Onlayn ictimai-siyasi qəzet
İnsan bağırsaq bakteriyası olan Helicobacter pylori ilə yoluxmuş olarsa, onun orqanizmin piylənmə riski artır, çünki bakteriya hormonal səviyyələrə təsir edir.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Tanıgina danışıb.
Həkimin sözlərinə görə, Helicobacter mədənin selikli qişasını məhv edə və xoraların əmələ gəlməsinə səbəb ola bilər. Mütxəssis bildirib ki, bu bakteriyalar həmçinin hormonlara təsir göstərir, onların köməyi ilə çəki artımına səbəb olur.
“Bakteriyalar intoksikasiyaya da səbəb olur və orqanizm buna insulin istehsalını artırmaqla cavab verir. İnsulin güclü anabolik hormondur və onun anabolik təsiri təkcə beyin və əzələlərə deyil, həm də yağ toxumasına yayılır. Piy əldə etmək asanlaşır, itirmək isə daha çətin olur”, - deyə N.Tanıgina izah edir.
Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko ölkədə 40 milyona yaxın şişman insanın yaşadığını açıqlamışdı. O, piylənmənin 2-ci tip şəkərli diabet, arterial hipertenziya də daxil olmaqla digər sağlamlıq problemlərinin səbəb olduğunu qeyd edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ