İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin əşyaları muzeydə: Görün Şoyqu ona nələr veribmiş - FOTO

Yevgeni Priqojinin üç mükafat tapançası Sankt-Peterburqdakı Kronverkskaya sahilindəki Artilleriya Hərbi Tarixi Muzeyində nümayiş etdirilib.

Bu barədə "78.ru" məlumat yayıb.

Nəşrin yazdığına görə, üç tapançadan ikisini Priqojinə Təhlükəsizlik Şurasının katibi və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu təqdim edib. Şoyqu 2015 və 2018-ci illərdə Priqojinə "Beretta" və "Glock" tapançaları verib. "Vaqner" PMC-nin keçmiş rəhbəri Sudan prezidentindən isə başqa tapança alıb.

Muzeydə silah sərgisi sentyabrın 19-da Rusiyada qeyd olunan Silahçılar Gününə təsadüf edir. Orada nümayiş etdirilən silahlar Rusiya Qvardiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzrə rəhbərliyi tərəfindən 2024-cü ildə muzeyə təhvil verilib.

2023-cü ilin oktyabrında bildirilirdi ki, "Vaqner" PMC-nin keçmiş rəhbərinin oğlu Pavel Priqojin atasının üç tapançasını hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəlib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR