İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ekspert: Əgər KTMT təhlükələr doğurursa, o zaman Paşinyan niyə hələ orada qalıb?

 

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT -nin  “Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdid doğurduğu” kimi maraqlı cümlələr işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın bu bəyanatına Rusiyanın Strateji Mədəniyyət Fondunun eksperti, politoloq Andrey Areşev yerli jurnalistlərə verdiyi müsahibədə münasibət bildirib.

“Bu, mənim fikrimcə, başqa bir hoqqabazlıqdır. Yeri gəlmişkən, bu, birinci dəfə deyil. Düşünürəm ki, bu sözlər həm xarici ictimaiyyət, həm də Ermənistanda Rusiyaya qarşı olanlar üçün nəzərdə tutulub. Diqqəti cəlb etmək istərdim ki, son zamanlarda  bir çox erməni ekspertlər Paşinyanın müəyyən rusiyayönlü addımlarına və açıqlamalarına diqqət çəkirdilər. Ermənistan KTMT çərçivəsində faktiki olaraq bir il yarımdan artıqdır ki, heç bir tədbirdə iştirak etmir, lakin eyni zamanda rəsmi olaraq, təşkilatdan çıxmaqla bağlı addım da atmır. Ona görə də Paşinyanın sözləri növbəti boşboğazlıqdır. Əgər cənab Paşinyanın hesab etdiyi kimi, KTMT həqiqətən Ermənistan üçün təhlükə doğurursa, o zaman niyə hələ də, hətta formal olaraq təşkilatda qalıb? İstənilən təşkilat, o cümlədən hərbi-siyasi təşkilat öz iştirakçılarına müəyyən imkanlar yaradır. Və biz bilirik ki, Ermənistan Respublikası 25 il ərzində bu imkanlardan istifadə edib. Əgər İrəvan hesab edirsə ki, artıq başqa təhlükə mövcud deyil, o zaman 1992-ci il sazişlərindən çıxsın. Əks təqdirdə Paşinyanın sözləri demaqogiyadan başqa bir şey deyil”,-deyə Areşev qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR