Onlayn ictimai-siyasi qəzet
Hindistan 2030-31-ci maliyyə ilinə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu proqnozla Amerikanın “S&P Global” analitik şirkəti çıxış edib.
Şirkət analitiklərinə görə, Hindistan buna ÜDM artımının sürətləndirilməsi və ölkədə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində nail ola bilər:
“Cari 2024-25-ci maliyyə ilində Hindistanın ÜDM-in artım tempinin 8,2 faiz səviyyəsində proqnozlaşdırıldığı şəraitdə, ölkə iqtisadiyyatı logistika, özəl sektora investisiyaların stimullaşdırılması və dövlət kapitalından asılılığın azaldılması, biznes əməliyyatlarının təkmilləşdirilməsi üçün vacib olan davamlı islahatlar şərti ilə 2030-2031-ci maliyyə ilinə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmaq potensialına malikdir”.
Hindistanın dünyanın ilk üç iqtisadiyyatından biri olması üçün ilkin şərtlər güclü inkişaf perspektivləri və daha yaxşı tənzimləmə sayəsində ölkənin fond bazarlarının dinamikliyi və rəqabət qabiliyyətidir. “S&P Global” qeyd edir ki, bu, həmçinin əsas inkişaf etməkdə olan bazar indekslərinə qoşulduqdan sonra ölkənin dövlət istiqrazlarına xarici investisiya axınının kəskin artması ilə də dəstəklənir.
Şirkət analitiklərinin fikrincə, bu məqsədə çatmaq üçün Hindistan xarici ticarətinin demək olar ki, 90 faizinin dəniz yolu ilə həyata keçirilməsi səbəbindən etibarlı liman infrastrukturu yaratmalı olacaq. O, həmçinin enerji təhlükəsizliyini yaşıl iqtisadiyyata keçid planları ilə tarazlaşdırmaq üçün bərpa olunan enerji mənbələrindən və aşağı emissiyalı yanacaqlardan istifadə də daxil olmaqla, müasir texnologiyaların geniş tətbiqinə ehtiyac duyacaq.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ