Onlayn ictimai-siyasi qəzet
"Android" cihazlarının sahibləri "iPhone" sahiblərindən daha çox yeni smartfonlar alırlar.
Musavat.com xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.
"Consumer Intelligence Research Partners" (CIRP) şirkətinin məlumatına görə, "iPhone" istifadəçilərinin 61, "Android" istifadəçilərinin isə 43 faizi cihazlarından iki ildən çox istifadə edir.
Həmçinin, "Apple" sahibləri arasında üç il eyni smartfondan istifadə edən daha çox istehlakçı var (29 faiz). "Android" üçün bu, 21 faiz təşkil edir.
Nəşrin məlumatına görə, araşdırma "iPhone" sahibləri haqqında məşhur stereotipi təkzib edib.
Belə ki, məşhur inanca görə, "iPhone" sahibləri daha zəngin və daha çox texnologiya yönümlüdür, "Android" istifadəçiləri isə daha qənaətcildirlər. Lakin məlumatlar bu fərziyyələrə uyğun gəlmir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ