İnsanlara hürriyət, millətlərə istiqlal!

Ancelina Coli: "Ukrayna xalqının dözümlülüyü, cəsarəti və ləyaqətini görməkdən qürur duyuram"

“Ukrayna xalqının dözümlülüyü, cəsarəti və ləyaqətini görməkdən qürur duyuram".

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu sözləri gözlənilmədən Ukraynaya səfər edən Hollivud ulduzu Ancelina Coli deyib. Bu barədə “The Daily Mail”-ə danışan aktrisa müharibənin uşaqlara təsirindən də söz açıb:

"Müharibənin bütün ukraynalı uşaqlara mənfi təsirini görmək dəhşətlidir”.

Xarici medianın yazdığına görə Ancelina Coli Ukrayna səfəri zamanı məxfi şəkildə uşaq evinə də gedib. Yerli məmurlar belə onun Lvov şəhərinin qərbində, 90 dəqiqəlik məsafədə yerləşən uşaq evinə səfərindən xəbərsiz olub. 46 yaşlı Hollivud ulduzu səyahətini gizli saxlayıb, ətrafındakıların onlara hər hansı təfərrüatları açıqlamağı qadağan edən müqavilələr imzaladığı bildirilir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR