İnsanlara hürriyət, millətlərə istiqlal!

An-12 təyyarəsinin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi aşkarlanıb

Yunanıstanın Kavala şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynanın An-12 təyyarəsinin ekipaj üzvlərinin hamısı həlak olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xilasedicilər hadisə yerində səkkiz nəfərin cəsədini və təyyarənin qara qutusunu aşkarlayıblar.

“Meridian Air Cargo” kompaniyasına məxsus təyyarə Serbiyanın Niş şəhərindən Əmmana uçurmuş. Təyinat nöqtəsi Dəkkə şəhəri olan təyyarəyə Banqladeş hökumətinin Serbiyadan aldığı 11,5 ton hərbi sursat yüklənmişdi. Havaya qalxdıqdan yarım saat sonra təyyarənin mühərriklərindən biri alışıb. Pilot təcili eniş üçün müraciət edib, lakin təyyarə hava limanına 40 kilometr qalmış yerə çırpılıb.

Həlak olanların cəsədlərinin axtarışına iki sutka sərf edilib. Ekipaj üzvlərinin hamısı Ukrayna vətəndaşları olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR