İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri Olaf Şolts: “Putinlə yenə danışacam...”

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə kansler dekabrın 20-də keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Rusiya prezidenti ilə danışmışam və yenidən danışacağam,” – deyə Şolts vurğulayıb. Lakin o, Putinə hər zaman açıq şəkildə izah edəcəyini bildirib ki, Rusiya müharibəni dayandırmalı, təcavüzdən əl çəkməli və qoşunlarını geri çəkməlidir.

Şoltsun sözləri Almaniya ictimaiyyəti və beynəlxalq dairələrdə geniş rezonans doğurub. O, müharibənin diplomatik həll yolunu tapmaq üçün danışıqların vacibliyini qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR