İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman deputatdan Rusiya ilə bağlı SENSASİON iddia

“Rusiya rejimi, Rusiya hökuməti Ermənistanı tərk edib”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu gözlənilməz açıqlamanı iyunun 7-də İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Xarici Əlaqələr komissiyasının sədri Mixael Rott verib.

O, Rusiya rəsmilərinin Aİ-nin Ermənistandakı missiyasının Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq məqsədi daşıdığını deməsi ilə bağlı iradlara cavab olaraq bildirib:

“Rusiyanın xarici işlər naziri Kremlin təbliğatını yaymaqla öz imperialist xarici siyasətini sonsuz şəkildə davam etdirir”.

Mixael Rottun sözlərinə görə, Aİ missiyası Ermənistan tərəfinin dəvəti ilə Ermənistandadır: “Biz erməni xalqının təhlükəsizliyini təmin etmək üçün özbaşına gəlməmişik. Biz işğalçı deyilik, Ermənistan hakimiyyəti ilə əməkdaşlıq etməklə regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə veririk. Bölgədə ağır zirehli texnika ilə silahlanmış Rusiya qoşunları var və biz onlardan fərqli olaraq burada mülki missiyadayıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR