İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı seçkilərlə bağlı mövqeyini açıqladı: "Siyasi partiyalar bundan belə..."

Azad Vətən Partiyasının sədri Akif Nağı seçkilərlə bağlı mövqeyini açıqlayıb.

Musavat.com həmin açıqlamanı təqdim edir:

"Azad Vətən Partiyasının sədri olaraq 01 sentyabr 2024-cü il növbədənkənar parlament seçkiləri ilə bağlı bəzi məqamları qeyd etməyi özümə borc bilirəm. Eyni zamanda Xalq hərəkatının fəal iştirakçısı olduğuma, Qarabağ Azadlıq Təşkilatının 30 illik fəaliyyəti ərzində çox şeyin şahidi olduğuma görə bəzi məsələləri vurğulamalıyam.

Yaxın günlərdə partiyamızın rəsmi mövqeyi olacaq, amma indi diqqəti bəzi məqamlara yönəltməliyəm:

1. 01 sentyabr parlament seçkilərinin nəticələrinə münasibət bildirən hər bir siyasi partiya milli maraqlara uyğun mövqedən çıxış etməlidir.

2. Bəzi partiyaların hay-küy salıb hakimiyyətdən nəisə qopartmaq praktikasına son qoyulmalıdır.

3. Bəzi partiyaların sosial şəbəkələrdə canfəşanlıq edib siyasi dividendlər qazanmaq cəhdləri də məqbul hesab edilməməlidir.

4. COP29 ərəfəsində siyasi qarşıdurmalardan, Azərbaycana düşmən olan dövlətlərin, bəzi mərkəzlərin istifadə edə biləcəyi əməllərdən hər bir siyasi qüvvə, mətbu-internet qurumu çəkinməlidir.

5. Yeni Azərbaycan və bir neçə digər siyasi partiyaların, o cümlədən bizim partiyanın təşəbbüsü ilə yaxın günlərdə siyasi partiyaların forumu keçirilməli, ümummilli məsələlərlə bağlı vahid platformanın formalaşdırılması üçün qərarlar qəbul olunmalıdır.

6. Seçki Məcəlləsinə düzəlişlərlə bağlı referendum keçirilməli, bir sıra əlavələr, ilk növbədə seçkilərin yalnız proporsional seçki sistemi ilə keçirilməsinə dair əlavə qəbul olunmalıdır.

7. Seçki Məcəlləsinə düzəliş və əlavələrdən sonra qanunda nəzərdə tutulan müddət ərzində proporsional seçki sistemi əsasında seçkilər keçirilməlidir.

8. Ölkədə siyasi proseslər qarşıdurma, qarşılıqlı ittihamlarla deyil, qarşılıqlı kompromislər, hakimiyyət və siyasi partiyalar arasında konsensusa nail olunması yolu ilə həyata keçirilməlidir. Unutmayın ki, yarımçıq işlərimiz çoxdur. Düşmənlərimiz yatmayıb, dövlətimizin zəifləməsini, cəmiyyətimizin paramparça olmasını gözləyir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR