İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Aşırlı ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq edib

"Qazax tarixən maarifçiliyin beşiyi olub. Yerləşdiyi coğrafiya, insanların elmə marağı, folklora, aşıq sənətinə bağlılığı, açıqfikirliliyi bu bölgəni həmişə fərqləndirib".

Musavat.com xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı deyib.

akif.jpg (66 KB)

Baş redaktor bildirib ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 1918-ci ilin sentyabrında Qazaxa köçürülməsini təhsil, elm tariximizdə xüsusi mərhələ hesab etmək olar:

"Bu seminariyanın məzunları Azərbaycanın hər bir bölgəsinə özləri ilə bərabər ziya payı aparıb. Bu möhtəşəm missiyanın mərkəzi olan Qazax Müəllimlər Seminariyasının binasının tam yararsız halı hamını incidirdi, ağrıdırdı. Hətta binanın tam sökülməsini istəyənlər də var idi. Çünki yerləşdiyi ərazi bahalı hesab olunurdu. Satıb yaxşı pul qazanmaq havasında olanlar gecə-gündüz xəyallar belə qururdu. Nə yaxşı ki, bu ölkənin dəyərli ziyalıları var. Nənəsindən qalma Azərbaycanın qədim ilməli xalçasını almaq istəyən əcnəbiyə "itə ataram, yada satmaram" kəlamını yazan Mir Cəlal Paşayevin övladı, ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasını qorudu. Bununla Azərbaycan maarifcilik ənənələrini təhsil dəllallarından qorudu və gələcək nəslə ötürdü. Orta məktəbdə Qazax Müəllimlər Seminariyasının son mogikanlarından taleyinə bir damla pay düşən bir qələm insanı olaraq hörmətli maarifçimiz Hafiz Paşayevə minnətdarlığımı bildirirəm. Var olun!"

seminariya.jpg (139 KB)

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib. Səfər zamanı dövlət başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR