İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə qurandan 13 il sonra soyadını dəyişdi

"Soyadımı dəyişdim, 13 illik evlilik həyatımdan sonra bir günlük dəyişdim. Amma qayıdacam öz soyadıma".

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkə hesabında yazıb. Sənətçi "Qasımova" soyadını dəyişdiyini bildirib.

Onun bir gündən sonra əvvəlki soyadına qayıdacağı isə müzakirələrə səbəb olub. Belə ki, soyadın geri qaytarılması bir günə baş vermir.

Z.Qasımova Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bunun üçün 1 ay gözləməli olacaq:

"Elə bilirdim 1 günlükdür, səhv etmişəm. 1 ay çəkəcək. Neçə ildir evliyəm, vəsiqəmə "evli" yazılmamışdı. Qasımova kimi tanınıram deyə dəyişmək istəmirdim. Amma "evli" olsun deyə dəyişdim. İndi yenidən sənəd düzəltməliyəm və 1 ay sonra qayıdacam öz soyadıma".

245841_xkfrhdhj3d.jpg (32 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR