İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ nazirləri toplanır - Ukraynaya tank veriləcəkmi?

Bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gündəmdə Ukraynaya ağır tankların verilməsi məsələsi yer alıb.

Məlumata görə, danışıqlar çərçivəsində Ukrayna üçün daha 500 milyon avronun ayrılması gözlənilir. Bu vəsaitlər silahların alınmasına yönəldilməlidir, lakin Macarıstanın maliyyələşdirməyə mane olacağı ilə bağlı qorxular var. Nazirlər arasında digər müzakirə mövzusu Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının onuncu paketi olacaq. Aİ Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı işğal hərəkatının ildönümündə, yəni bir aydan sonra məhdudiyyətlərin daha bir hissəsini qəbul etmək istəyir. Qeyd edək ki, bununla bağlı oxşar məlumatı daha əvvəl “Azadlıq” radiosunun müxbiri Rikard Yozviak paylaşıb. O bildirib ki, müharibədə iştiraka görə Belarusa qarşı da sanksiyalar tətbiq oluna bilər.

Xatırladaq ki, yanvarın 20-də Ukraynanın müttəfiqlərinin yer aldığı “Ramşteyn” formatında keçirilən səkkizinci görüşdə alman tanklarının tədarükü ilə bağlı qərar qəbul edilməyib. Bununla belə, Berlin Polşanın təcavüzə məruz qalan qonşusuna “Leopard” tanklarını göndərməsinə etiraz etmir. Eyni zamanda, Ukrayna tankçıları qonşu Polşada sözügedən texnika üzrə təlim keçəcəklər. Ukrayna Müdafiə Nazirliyi bunu “böyük irəliləyiş” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR