İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəza baş verdi: Bir ailədən 3 nəfər... - FOTO

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb.

Hadisə rayonun Qurbanəfəndi yolunda qeydə alınıb.

Belə ki, "Hyundai Tucson" markalı avtomobilin sürücüsü Füzuli Alışanov qəfil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri - sürücü 65 yaşlı Alışanov Füzuli Vəli oğlu, sərnişinlər 58 yaşlı Alışanova Nəcibə Eldar qızı və 22 yaşlı Alışanov Amil Füzuli oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR