İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edilib

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

Musavat.com xəbər verir ki, növbəti belə tədbir sentyabrın 12-də baş tutub. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonu Talış kəndində əhali üçün səyyar müayinələr təşkil olunub.

Aksiya çərçivəsində Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, fizioterapevt-reabilitoloq və tibb bacısından ibarət heyət əhaliyə tibbi baxış keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

a doctor talking to a patient
a man and a woman playing video games

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik edən profilaktik tövsiyələr verilib.

Aksiya zamanı 70-dən artıq vətəndaş müayinələrdən keçib.

a person washing a person's head in a room

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

A group of people in an office setting, with one person filming, another writing notes, and two others standing nearby.
An office setting with several people engaged in discussions, computers on desks, and flags displayed.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR