İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - FOTOLAR

Ağdamda "VAZ 2107" markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən şəxslərin adı məlum olub.

APA xəbər verir ki, 27 yaşlı Qasımov Aydın Kamil oğu, onun həmyaşıdı Musayev Təhməz Taryel oğlu və 22 yaşlı İbadov Yusif Kamil oğlu yol qəzasında ölüblər.

Hadisə vaxtı avtomobildə olan dörd nəfərdən biri - 22 yaşlı Şıxıyüc Sənan Siyavuş oğlu xəsarət alıb.

***

Ağdamda baş verən yol qəzasında 3 nəfər ölüb.

APA xəbər verir ki, həyatını itirənlərdən ikisinin adı məlum olub.

Aydın Qasımov və Yusif İbadov avtomobilin ağaca çırpılması nəticəsində ölüb.

Digər həyatını itirən və ağır yaralı olan şəxsin də kimliyi araşdırılır.

***

Ağdamda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərin olduğu deyilir.

Qəza zamanı ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR