İnsanlara hürriyət, millətlərə istiqlal!

ADSEA əməkdaşları "Formula 1" yarışlarında əzmlə xidmət göstərirlər – VİDEO

Bakıda keçirilən 8-ci "Formula 1" yarışları  ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti   fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi açıqlamaya görə komissiya yarışlar ərəfəsində xüsusən 13-15 sentyabr tarixlərində daha mükəmməl fəaliyyətin təşkili məqsədilə Xidmətin cavabdeh sahələrini müxtəlif təlim-məşq toplantılarına cəlb edib:  

“Təcrübi təlimlər yarışların gerçəkləşəcəyi ərazilərə cavabdeh olan paytaxt rayonlarının sukanal sahələrində, Nəqliyyat və Xüsusi Texnika İdarəsində, müvafiq qrupların idarə olunmasına məsul şəxslər arasında keçirilib”.

Xidmətin rəhbər heyətinin iştirakı ilə keçirilən təlimlərdə verilən tapşırıqlar, icra olunan fəaliyyət hazırda daha yüksək səviyyədə tətbiq edilir.

Trassa boyu ərazilərdə fasiləsiz iş rejimi ilə çalşan Səbail, Nəsimi, Yasamal, o cümlədən Bakı sukanal idarələrinin təmsilçiləri öhdələrinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirirlər. Öncədən də əminliklə vurğulandığı kimi, təlim-məşq tədbirləri yarışların keçirildiyi ərazilərdə qüsursuz xidmətə təkan olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları “Formula 1” yarışlarında 130 işçi heyəti ilə təmsil olunur. Onlar 16 dislokasiya nöqtələrində vəzifələrini icra edirlər.

Xətlərin, şəbəkələrin tənzimlənməsi, təzyiqlərin nəzarətdə saxlanılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR