Onlayn ictimai-siyasi qəzet
Amerika qoşunlarının Suriyadan çıxarılması davam edir.
Musavat.com “Yeni Şafak”a istinadən xəbər verir ki, iki hərbi təyyarə logistik avadanlıqla birlikdə Həsəkədə yerləşən Şəddadi bazasından havaya qalxaraq İraqın şimalındakı bazalara istiqamətlənib.
Məlumatda bildirilir ki, ABŞ “Konoko” və “Əl-Ömər” neft və qaz yataqlarından da öz qoşunlarını çıxarır.
ABŞ-ın Deyr əz-Zor vilayətindəki “Konoko” bazasından qoşunlarını çıxarmağa başlaması, Vaşinqtonun bölgədəki hərbi mövcudiyyətini azaltmağa yönəlmiş mühüm addımı kimi qiymətləndirilir. “Konoko” enerji ehtiyatları baxımından zəngin bir ərazidir və burada ABŞ qüvvələri PKK/YPG terror təşkilatı ilə birlikdə fəaliyyət göstərib.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ