İnsanlara hürriyət, millətlərə istiqlal!

Adambaşına düşən dövlət borcuna görə bu ölkə liderdir - ŞOK göstərici

2022-ci ildə adambaşına dövlət borcunun ən yüksək göstəricisi Sinqapurda, ABŞ-da və Yaponiyada müşahidə olunub, Rusiya isə 94-cü yerdədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, adambaşına düşən dövlət borcu 117,4 min dollara çatan Sinqapur mütləq lider olub. Onu 93 min dollarlıq göstərici ilə ABŞ və 88,4 min dollarla Yaponiya izləyir. Dördüncü və beşinci yerlərdə Kanada (58,9 min dollar) və Belçika (52,6 min dollar) gəlir.

İlk onluqda İslandiya (51,2 min dollar), İtaliya (49,2 min dollar), Fransa (47,1 min dollar), İrlandiya (47,1 min dollar) və Böyük Britaniya (46,6 min dollar) yer alıb. İlk otuzluqda Norveç (42,1 min dollar), Avstraliya (36,5 min dollar), İsveçrə (36,2 min dollar) və Almaniya (32,6 min dollar) var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR