İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin iqtisadi qapısı bağlanır - Hərbi və kommersiya axını iflic olur

"Hayfa limanının vurulması təsadüfi deyil. İsrailin hərbi döyüş imkanlarına birbaşa iqtisadi və texnoloji zərbədir".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

İqtisadçı qeyd edir ki, belə bir limanın zərər görməsi regional ticarətdə axının pozulmasına gətirib çıxara bilər:

"Hayfa İsrailin şimalındakı əsas liman olmaqdan əlavə, eyni zamanda ABŞ-dan İsrailə daxil olan hərbi ləvozimatların əsas giriş nöqtəsidir. Bu liman vasitəsilə gələn sursat və texnika, həm logistik baxımdan, həm də müdafiə istehsalı baxımından böyük əhəmiyyət daşıyır. Burada yerləşən “Rafael Advanced Defense Systems” şirkəti “Dəmir Qübbə”, “David's Sling” və “Arrow” kimi hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısıdır. Belə bir hədəfin vurulması təsadüfi deyil. İsrailin hərbi döyüş imkanlarına birbaşa iqtisadi və texnoloji zərbədir.

Ancaq məsələ təkcə hərbi ilə bitmir. Haytfa limanı eyni zamanda Yaxın şərqdəki beynəlxalq ticarət və dəniz logistikası sisteminin əsas halqalarından biridir. Liman təkcə sursat deyil, həm də konteynerlə daşınan müxtəlif malların giriş-çıxış nöqtəsidir. Belə bir logistik mərkəzin zərər görməsi, sığorta risklərini və daşıma xərclərini artırır, təchizat zəncirində ləngimələrə və regional ticarətdə axının pozulmasına səbəb ola bilər.

Əlavə olaraq, Hayfa limanının yeni terminalının istismar hüququ 2021-ci ildən Çin dövlətinə bağlı Shanghai International Port Groupa verilib. Bu isə limanı sadəcə İsraillə yanaşı Çin və ABŞ arasında iqtisadi maraqların toqquşduğu strateji məntəqəyə çevirir. Hücumun bu limana yönəlməsi artıq regional deyil, qlobal ticarət təhlükəsizliyi kontekstində də ciddi suallar doğurur".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR