Onlayn ictimai-siyasi qəzet
Kanada hökuməti Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin (1991–1999) qızı Tatyana Yumaşevanı sanksiya siyahısına daxil edib.
Musavat.com xəbər verur ki, bu barədə məlumat Kanada hökumətinin rəsmi internet saytında dərc olunmuş sənədlərdə yer alıb.
Sanksiya siyahısına,
həmçinin Tatyana Yumaşevanın üçüncü həyat yoldaşı – keçmiş prezident administrasiyası rəhbəri Valentin Yumaşev də əlavə olunub.
Qeyd edək ki, Valentin Yumaşev bir müddət Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi müşaviri kimi fəaliyyət göstərib və Kremlin daxili siyasətində mühüm rol oynamış fiqurlardan biri hesab olunur.
Şahanə Rəhimli
Musavat.com
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ