İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan hadisə kimi açıqlamalar: “Nəsrullahın öldürülməsi İrana yol açdı, yeni Yaxın Şərq başlayır”

İsrail Baş naziri Benyamin Netanyahu son açıqlamaları ilə bölgədəki müharibənin gedişatına dair ciddi siqnallar verib.

Musavat.com xəbər verir ki, Netanyahu Kanal 14-ə verdiyi müsahibədə Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinin bu müharibədə verdiyi ən mühüm qərar olduğunu bildirib.

“Bu müharibədə verdiyim ən mühüm qərar Nəsrullahı öldürmək oldu. Bu qətl İrana yol açdı,” – deyə Netanyahu vurğulayıb. Bu açıqlama, İsrailin Livan və İran arasında strateji əlaqələri hədəfə aldığını və əməliyyatların təkcə Qəzza ilə məhdudlaşmadığını göstərir.

Netanyahu çıxışında həmçinin bölgədə yeni bir mərhələnin başlandığını bildirib: “Tarixi dönüş nöqtəsi gəldi və hər kəs bunu dərk etməyə başlayır.” İsrail liderinin bu sözləri, yaxın vaxtlarda Yaxın Şərqdə siyasi və hərbi düzənlərin dəyişə biləcəyinə dair mesaj kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə bağlı sualı cavablandıran Netanyahu qeyd edib: “Tramp Amerika üçün yaxşı olanı edəcək və mən onun mülahizələrinə qarışmayacağam.” Bu ifadə İsrailin ABŞ-la koordinasiyada hərəkət etdiyini, lakin öz müstəqil strategiyasına da sahib olduğunu göstərir.

İsrail Baş naziri həmçinin İranın məğlub edilməsi ilə bölgədə yeni bir geosiyasi reallığın yaranacağını bəyan edib: “İranı məğlub etdikdən sonra yeni Yaxın Şərq yaranacaq.”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR