Onlayn ictimai-siyasi qəzet
Əldə edilən son məlumatlara əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdürrəhim Musəvi İsrailə qarşı yeni və daha sərt əməliyyatların anonsunu verib.
Musavat.com xəbər verir ki, general Musəvi televiziya vasitəsilə etdiyi bəyanatda bu vaxta qədər həyata keçirilən raket zərbələrinin əsasən çəkindirmə xarakteri daşıdığını bildirib.
O, qeyd edib ki, bundan sonrakı mərhələdə İranın cavabları daha sərt və cəza xarakterli olacaq: “İndiyə qədərki əməliyyatlar sadəcə xəbərdarlıq idi. Tezliklə real cəza əməliyyatları həyata keçiriləcək.”
General-mayor Musəvi, eyni zamanda, İsrailin işğal olunmuş ərazilərində – xüsusilə də Təl-Əviv və Hayfa şəhərlərində yaşayan mülki əhalini bu əraziləri təhlükəsizlik məqsədilə tərk etməyə çağırıb: “Canlarını xilas etmək istəyənlər, o bölgələri dərhal tərk etsinlər.”
Məlumat “SEPAH” (İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən idarə olunan IRGC Cyber Corps adlı rəsmi Telegram kanalında da yayılıb. Bu bəyanat İsrail-İran qarşıdurmasının daha da dərinləşəcəyinə dair ciddi siqnallar kimi dəyərləndirilir. Analitiklər hesab edirlər ki, yaxın günlərdə İranın daha genişmiqyaslı hücumlara keçə biləcəyi ehtimalı yüksəkdir.
Musavat.com
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ