İnsanlara hürriyət, millətlərə istiqlal!

Senat Trampı İranla müharibə qərarı vermək səlahiyyətindən məhrum etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Messi Konqresə Vaşinqtonun İranda hərbi əməliyyatlarda iştirakını qadağan edən qətnamə layihəsini təqdim etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı The Hill yayıb.

Sənədin həmmüəllifi demokrat konqresmen Ro Khanna olacaq. Beləliklə, sənəd hər iki partiyanın nümayəndələrinin birgə təşəbbüsü olacaq. Sənəddə həmçinin söhbət Konqres tərəfindən təsdiqlənərsə, icrası məcburi olan xüsusi tipli qətnamədən gedir.

Ro Khanna bildirib: "İranda müharibəya yox deyirik. Konqresin hər bir üzvünün bunu açıq deməsinin vaxtıdır. Siz bizi İraqa aparan neokonservatorların yanındasınız, yoxsa Amerika xalqının yanındasınız? Respublikaçı Messi ilə bu ikitərəfli müharibə səlahiyyətlərinə dair qətnaməyə qürurla həmmüəlliflik edəcəyəm".

Messi də öz növbəsində qeyd edib ki, “bu, bizim müharibəmiz deyil”: “Əgər belə olmasaydı, Konqres Konstitusiyaya uyğun olaraq bu cür məsələlərlə bağlı qərarlar qəbul etməli olardı”.

Qeyd edək ki, bu, ABŞ Konqresində ilk belə təşəbbüs deyil. Bundan əvvəl demokrat senator Berni Sanders “Konqresdən xüsusi icazə almadan İrana qarşı hər hansı hərbi güc tətbiqi üçün federal maliyyədən istifadəni” qadağan edən qanun layihəsi təqdim edib. Sandersin təklifi artıq onun partiya yoldaşları, xüsusən də senator Elizabet Uorren tərəfindən dəstəklənib.

Bundan əlavə, bir gün əvvəl demokrat senator Tim Keyn öz qətnamə layihəsini təqdim etdi. Sənəd ABŞ-ın Konqresdən icazə almadan İranla hərbi münaqişəyə cəlb olunmasının qarşısını almağa çağırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR