Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun siyasətini bir daha kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, Ərdoğan son çıxışında Netanyahunun Yaxın Şərqdə sülh və sabitliyə qarşı ciddi təhlükə yaratdığını bildirib.
“Netanyahu bir daha nümayiş etdirdi ki, o, regional təhlükəsizliyə ən böyük təhlükədir,” – deyə Ərdoğan vurğulayıb.
Prezident Ərdoğan həmçinin bəyan edib ki, bölgədə silahlı qarşıdurmalarla deyil, diplomatik və beynəlxalq hüquqa əsaslanan yanaşmalarla sabitlik təmin edilə bilər. Onun sözlərinə görə, İsrailin bu cür addımları nə regional təhlükəsizliyə, nə də öz uzunmüddətli maraqlarına xidmət edir.
Türkiyə liderinin çıxışı həm Qəzza, həm də İran kontekstində Netanyahuya qarşı güclü diplomatik mövqeyin formalaşdığını göstərir.
Musavat.com
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ