İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxunc ssenari başlayır! ABŞ və müttəfiqlərinin hərbi gəmiləri açıq dənizə çıxdı – Fars körfəzində hərbi hərəkətlilik artır

Fars körfəzi regionunda hərbi gərginlik yeni mərhələyə keçir.

Musavat.com xəbər verir ki, OSINTdefender məlumat platformasının yaydığı məlumata əsasən, ABŞ və onun müttəfiqlərinə məxsus bütün hərbi gəmilər Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasını tərk edərək açıq dənizə çıxıblar.

Söhbət Bəhreynin qərbində, Fars körfəzinin sahilində yerləşən Naval Support Activity Bahrain adlı ABŞ hərbi-dəniz bazasından gedir. Bildirilir ki, bu bazada yerləşən gəmilər və digər hərbi dəniz vasitələri təhlükəsizlik və əməliyyat hazırlığı məqsədilə bölgəni tərk ediblər.

Mütəxəssislər bu addımı ABŞ-ın İranla artan gərginlik fonunda mümkün hərbi əməliyyatlara hazırlığı kimi qiymətləndirirlər. Xüsusilə son günlərdə Tehranda baş verən ardıcıl partlayışlar, İsrailin İran ərazisinə yönəlmiş hava hücumları və ABŞ-ın bölgədəki hərbi kontingentini gücləndirməsi bu hərəkətliliyin daha ciddi hadisələrə hazırlıq olduğuna işarə edir.

ABŞ Müdafiə Nazirliyi hələlik bu hərbi hərəkətliliyə dair rəsmi açıqlama verməyib. Lakin qeyri-rəsmi mənbələrə görə, bölgədə koordinasiyalı dəniz əməliyyatları və hava dəstəyi ilə birgə mümkün zərbələr üçün hazırlıq görülür.

Hazırkı vəziyyət Fars körfəzində qlobal müharibə təhlükəsinin kəskin şəkildə artdığını göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR