İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Britaniya nazirləri Kiyevdə - Rusiyanın dərinliklərinə zərbə, İrana isə sanksiyalar...

Blinken və Lemmi Zelenski ilə kritik danışıqlar üçün Ukrayna paytaxtına gəliblər, səfər Tehranın Moskvaya ballistik raketlər göndərdiyi vaxta təsadüf edib; Bayden Rusiyanın içərilərini uzaqmənzilli raketlərlə vurmağı nəzərdən keçirir - müharibədə əsəblər tarıma çəkilib və nüvə eskalasiyasına yaxınlaşır...

Sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib. Səfərdən əvvəl nazirlər Londonda keçirilən birgə mətbuat konfransında maraqlı məqamları açıqlayıblar. Blinken qeyd edib ki, İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi bütün Avropa üçün təhlükədir.

Onun bildirdiyinə görə, “Fəth-360" ballistik raket sistemindən istifadə etmək üçün onlarla rus hərbi qulluqçu İranda təlim keçib. Blinken hesab edir ki, Rusiya indi bu ballistik raketləri bir neçə həftə ərzində ukraynalılara qarşı istifadə edəcək. Öz növbəsində onun britaniyalı həmkarı vurğulayıb ki, İrandan Rusiyaya ballistik raketlərin tədarükü əhəmiyyətli eskalasiyadır. Lemmi deyib ki, İrandan gördüyümüz narahatedici addımdır, lakin prosesi koordinasiya edirlər. Ardınca Blinken bəyan edib ki, ABŞ İrana buna görə sanksiyalar tətbiq edəcək. Sanksiyalar siyahısına "İran Air" də salınacaq. Eyni zamanda Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırılır.

Dövlət katibi əlavə edib ki, ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Keir Starmerlə Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirilməsinə icazə verilməsi imkanını müzakirə edəcək. “Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya ABŞ silahlarından istifadəyə icazə verməyi nəzərdən keçiririk” - ABŞ prezidenti Co Bayden təsdiq edib. O, administrasiyanın hazırda bu məsələ üzərində işlədiyini açıqlayıb. “The Times” qəzetinə müsahibəsində Blinken də bu ehtimalı etiraf edib. Deyib ki, o, Ukraynanın Rusiya təcavüzünə mümkün qədər effektiv müqavimət göstərə biləcəyini təmin edəcək. Əlavə edib ki, Birləşmiş Ştatlar Rusiyadakı əsas hərbi hədəfləri vurmaq üçün raketlərdən istifadə etməyə icazə istəyən Ukrayna prezidenti Volodimir Zelenskinin arqumentlərini nəzərə alacaq və dinləyəcək. Bu əsnada Amerikanın “Axios Juligrace Brufke” nəşri yazıb ki, Kiyevdə Blinken Ukraynaya 300 kilometrə qədər uzaqmənzilli ATACMS raketlərindən istifadəyə icazə veriləcəyini elan edəcək. Xarici Əlaqələr üzrə Nümayəndələr Palatasının sədri Maykl Makkol xəbəri təsdiqləyib.

“The Times” nəşri isə yazır ki, Böyük Britaniya və Fransa Ukraynaya 560 kilometrə qədər uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyə hazırdırlar, lakin ABŞ-ın qərarını gözləyirlər. Bütün bu anonslardan görünən budur ki, Ukraynaya uzaqmənzilli raketlərdən Rusiyaya qarşı istifadəyə icazə və ya göstəriş verilsə, fəlakətin miqyası daha da artacaq. Hətta bunun qarşılığında Rusiya taktiki nüvə başlıqlarından istifadə edə bilər. Çünki Rusiyanın dərinliklərinə zərbələr ölkənin siyasi-hərbi rəhəbrliyinə bu addımı atmağa bəhanə qazandıracaq. Beləliklə, müharibənin dozası artmaqdadır, tərəflər arasında hibrid və əsəb savaşı getməkdədir, burada kimin psixoloji olaraq sinirlərinin tab gətirəcəyini söyləmək çətindir. Amma fakt odur ki, ABŞ və Britaniya sülh haqda düşünmür...

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun dediyinə görə, Zelenski Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini və ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib: “Başda ABŞ olmaqla, Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər. Ancaq ikinci məsələ ilə bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Zelenskiyə müsbət cavab verməyib. Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin baş naziri Corciya Meloni ilə görüşüb. İtaliyanın baş naziri sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumu çəçivəsində Volodimir Zelenski ilə görüşündə Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini söyləyib. "Çin və Hindistanın bu münaqişənin həllində rolu ola bilər" deyən Meloni eyni zamanda Ukraynayı tək buraxmayacaqlarının vədini verib. Ancaq hazırkı şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır. Zelenski Ukrayna xalqının müharibə istəmədiyini, ancaq işğalla barışmayacağını bir daha Qərb liderlərinin diqqətinə çatdırıb. Putin də sülh danışıqlarına hazır olduğunu, ancaq “reallıqların” nəzərə alınmasını istəyib. Putinin Krımın ilhaqı və Ukraynanın şərqinin işğalını nəzərdə tutan “reallığını” isə Kiyev heç zaman qəbul etməyəcək".

Düşünmürəm ki, Türkiyə bu müharibəyə birbaşa müdaxilə etsin, çünki...” -  Politoloq

Rüstəm Tağızadə

Politoloq Rüstəm Tağızadə qarşıdakı üç ayda müharibədə hansı dəyişikliklər baş verə biləcəyi ilə bağlı ehtimallarını bölüşüb.  Onun proqnozuna görə, Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları, xüsusilə cənub və şərq bölgələrində, Rusiya işğalı altında olan ərazilərin geri qaytarılmasına yönəlib. R.Tağızadənin fikrincə, Ukrayna bəzi irəliləyişlər əldə etsə də, Rusiyanın ağır müdafiəsi bu prosesi yavaşladıb. Mövsümi şərtlərə gəlincə, politoloq hesab edir ki, payız və qış yaxınlaşdıqca hava şəraiti mühüm rol oynayacaq: “Pisləşən hava və soyuq temperatur Ukraynanın irəliləyişini və Rusiyanın müdafiəsini çətinləşdirə bilər. Bu səbəbdən Ukrayna qış gəlməzdən əvvəl əməliyyatları maksimuma çatdırmağa çalışacaq. Ukraynanın əks-hücumlarına cavab olaraq, Rusiya öz müdafiə xətlərini gücləndirməyə çalışır. Xüsusilə Krım və Donetsk kimi strateji ərazilərin qorunması üçün resurslar artırıla bilər. Rusiya ehtiyat qüvvələrini artırmaq və yeni əsgərlər cəlb etmək üçün növbəti səfərbərlik dalğasına başlaya bilər”.

Analitikin sözlərinə görə, diplomatik səviyyədə isə vəziyyət belədir: “NATO ölkələri, Aİ və ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımları davam edəcək. Lakin bəzi Avropa ölkələri qış yaxınlaşdıqca Ukraynanı atəşkəs və ya sülh danışıqlarına yönləndirmək üçün təzyiq göstərə bilər. Rusiya Çinin iqtisadi və hərbi yardımına daha çox bel bağlaya bilər. Lakin Çinin hərbi yardım göstərməsi beynəlxalq miqyasda ciddi nəticələr doğuracaq. Rusiya iqtisadiyyatı da sanksiyalar və hərbi itkilərlə üzləşir. Əgər hərbi uğursuzluqlar davam edərsə, Kremlin daxili təzyiqlərlə qarşılaşma ehtimalı artacaq. Nəticə etibarrilə gələn üç ayda Ukrayna əraziləri geri qaytarmaq üçün mübarizəni davam etdirəcək, Rusiya isə müdafiə və səfərbərlik tədbirlərinə fokuslanacaq. Diplomatik təzyiqlər, enerji və qida təhlükəsizliyi məsələləri ilə yanaşı, münaqişənin artma riski qalacaq. Beynəlxalq aktyorların rolu müharibənin gələcək gedişatını formalaşdıracaq”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Qərb idarə edilən müharibə yaradıb, nəticədə tərəflər bir-birinin ərazilərini işğal edib: “Müharibə hər iki dövlətin ərazisində davam edir, tərəflər bir-birilərini işğalçı adlandırır. Bu ilin axırına kimi müharibə öz şiddəti ilə davam edəcək. 40 mindən artıq hərbçi Böyük Britaniyada təlim keçir. Bir o qədər də Almaniya və Polşada təlimlər alır. NATO tərəfindən Ukrayna üçün çevik və xüsusi təyinatlı briqadalar hazırlanır. Qərbdə təlim keçmiş briqadalar döyüşə göndəriləndən sonra Rusiya çətinliklə üzləşəcək. Hətta Rusiyanın Belqorod vilayəti Ukraynanın nəzarətinə keçə bilər. Kreml NATO-nun planını bildiyi üçün atəşkəsə və "İstanbul razılaşması"na qayıtmaq üçün mesajlar verir. Qərb isə qəbul etmir. Ukrayna hakimiyyəti koalisiyadan verilən tapşırıqlara uyğun siyasət aparır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR