Onlayn ictimai-siyasi qəzet
“Bu günə qədərki fəaliyyət onu göstərir ki, biz hər hansı şəkildə ABŞ və Aİ-nin təqdim etdiyi sülh platformalarına inana bilmərik. 30 illik işğala münasibət bildirməyən, onu dəstəkləyən zehniyyətin hər hansı sülh gətirəcəyinə ümid etmək olmaz”.
Bu fikirləri millət vəkili Fazil Mustafa Musavat.com-a şərhində bildirib.
O qeyd edib ki, ABŞ və Aİ sülhü məqsədyönlü şəkildə və bir tərəfin xeyrinə nəzərdə tuturlar:
“Bizim yanaşmamız fərqlidir. Biz ədalətli sülhün tərəfdarı olsaq da, bu, onların işinə yaramır. Qəzzada və başqa yerlərdə baş verənlərə baxdıqda bu, aydın görünür. Azərbaycan terrorun bütün variantlarını pisləyir. Biz dəfələrlə ikili yanaşmanı gördüyümüz üçün bu məsələnin Azərbaycanın faydasına həll olunacağına güvənmirik. Azərbaycan hətta düşmən masasında öz haqlarını qorumağı bacarırsa, bundan imtina etməməliyik. Sona qədər də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri aşkara çıxarmağa davam etməliyik”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ