İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ polisləri Çukotkadan qaçanları yaxalayıb

Alyaskanın Müqəddəs Lourens adasında Rusiyada hərbi xidmətdən qaçan iki Çukotka sakini saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Alyaskanın “News Source” portalı məlumat yayıb.

Saytın informasiyasına görə, ruslar adaya oktyabrın 4-də eniblər. Onlar yerli sakinlərə dəniz yolu ilə təxminən 500 kilometr məsafədə yerləşən Çukotkanın Eqvekinot kəndindən gəldiklərini bildiriblər.

Burada çağırılmamış qonaqlar saxlanılaraq adadakı Qambell şəhərinə göndərilib, daha sonra ruslar Alyaskanın ən böyük şəhəri Ankoric şəhərinə köçürülüb. Federal orqanlar rusların ABŞ sərhədini keçmə qaydalarını pozub-pozmadığını və onların ölkədə olmaq hüququnun olub-olmamasını araşdırır. Alyaska qubernatoru Mayk Danlivi Rusiyadan davamlı miqrant axınının gözlənilmədiyini bildirib.

“Forbes”un məlumatına görə, səfərbərlik başlayandan bəri Rusiyanı 700 minə yaxın vətəndaş tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR