İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Drujba”nı vurdu- Macarıstana neft axını dayandı

“Rusiya ərazisindəki hədəflərə intensiv PUA hücumu həyata keçirən Ukrayna ordusu “Drujba” boru kəmərini vuraraq daşımaların dayanmasına səbəb olub”.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Baş nazirinin müavini Aleksandr Novakla telefon danışığından sonra sosial media hesabında bildirib.

Qeyd edib ki, nəticədə Macarıstana neft axını dayanıb.

Onun sözlərinə görə, hazırda təmir işləri aparılır və neft axınının bu gün axşam saatlarında bərpa oluna biləcəyi güman edilir.

“Drujba” kəməri ölkəmizin neft tədarükü üçün həyati əhəmiyyət kəsb edir, çünki istismara verilməsə, Macarıstan və Slovakiyaya neftin tədarükü demək olar ki, fiziki cəhətdən mümkün olmayacaq. Macarıstanın enerji təchizatı hər kəsin hörmət məsələsidir və biz bunu gözləyirik”./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR