Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bəyan edib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak məlumat verib.
Musavat.com xəbər verir ki, bundan əlavə, Yermak bildirib ki, ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqları başa çatıb və tərəflər görüşün yekunları ilə bağlı birgə bəyanat təqdim edəcəklər.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ