İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Ukrayna razılaşması: Ukraynaya hərbi yardım dərhal bərpa olunur

Ukrayna prezidenti Vladimir Zelenski Ciddədə ABŞ tərəfi ilə aparılan danışıqların yekununda əldə olunan razılaşmaya dair birgə bəyanatın mətnini yayıb.

Musavat.com xəbər verir ki, bəyanata görə, Ukrayna Ukrayna ABŞ-ın dərhal 30 günlük atəşkəs təklifini qəbul etməyə razılaşıb.

Bəyanatda deyilir: "Ukrayna ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs rejimini dərhal tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu təklif tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə uzadıla bilər. Birləşmiş Ştatlar Rusiyaya məlumat verəcək və Rusiya tərəfinin qarşılıqlı münasibəti sülhə nail olmaq üçün əsas olacaq".

Həmçinin ABŞ dərhal Ukraynaya kəşfiyyat və hərbi yardımı bərpa edəcək: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”.

Bundan əlavə, ABŞ və Ukrayna faydalı qazıntılar üzrə sazişi mümkün qədər tez bağlamağa razılaşıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR