Onlayn ictimai-siyasi qəzet
Xocalı şəhərinin Ballıca kəndində Novruzun Yel çərşənbəsi münasibətilə bayram tonqalı yandırılıb.
Musavat.com xəbər verir ki, ənənəvi mərasimdə kənd sakinləri bir araya gələrək Yel çərşənbəsinin rəmzi olan ocağın ətrafında toplaşıblar. Bayram şənliyi milli musiqi və rəqslərlə müşayiət olunub.
Qeyd edək ki, Yel çərşənbəsi Novruz bayramının dörd əsas çərşənbəsindən biri olub, küləyin oyanmasını, havanın canlanmasını simvolizə edir.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ